Fransa hökuməti davam edən kütləvi iğtişaşlar fonunda paytaxt Parisin III, X və XI dairələrinin sərhədində yerləşən Respublika meydanında və tarixi I dairədəki Le-Al məhəlləsinin bir neçə küçəsində komendant saatı rejimini tətbiq edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı paytaxt bələdiyyə şurasının deputatlarına istinadən xəbər verib.
Telekanalın verdiyi məlumata görə, komendant saatı bazar ertəsi yerli vaxtla saat 22:00-dan çərşənbə axşamı saat 06:00-dək (Bakı vaxtı ilə saat 00:00-dan 08:00-dək) qüvvədə olacaq və istisnasız olaraq bütün vətəndaşlara şamil ediləcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)