Müğənni Lətifə Soyüöz ailəsindən qalan biznes ənənəsini davam etdirmək qərarına gəlib.
Milli.Az-ın məlumatına görə, sənətçi "Sevilən səhər" verilişində nənəsindən miras qalan biznesdən danışaraq yeni açdığı restoran barədə məlumat verib.
Lətifə Soyüöz fransız mətbəxinin təqdim olunduğu butik restoran açdığını bildirib.
"Nənəm yaşadığı dövrdə ilk biznes xanımlarından biri olub. Şəhərin mərkəzində elit, tanınmış simaların üz tutduğu restoranı fəaliyyət göstərib. Mən də onun biznesini davam etdirmək qərarına gəlmişəm. Çox elit məkan açmışam. Bura fransız mətbəxinin təqdim olunduğu butik restorandır", - deyə müğənni bildirib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)