Toral oynadı, komandası qalib gəldi

19 Oktyabr 2026 23:29

Türkiyə 1-ci Liqasında 11-ci turun oyunları oyunları keçirilir.

Milli.Az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Toral Bayramovun formasını geyindiyi "Bursaspor" öz meydanında "Pendikspor"u qəbul edib.

Qarşılaşma Bursa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin qollarını 10-cu dəqiqədə Halil Akbunar və 62-ci dəqiqədə Keleçi İheanaço vurublar.

Millimizin üzvü oyuna ehtiyat oyunçular skamyasında başlayıb və görüşün 77-ci dəqiqəsində meydana daxil olub.

Bu qələbədən sonra xallarının sayını 25-ə çatdıran "Bursaspor" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)