"Lille" ilə qarşılaşacaq "Qalatasaray" komandasını Fransada misli görünməmiş təhlükəsizlik qüvvələri mühafizə edəcək.
Milli.Az xəbər verir ki, sarı-qırmızı heyətin səfəri üçün ən yüksək səviyyəli hərbi tədbirlər görülüb.
Komandanın qalacağı otelin damında 6 snayper növbə çəkəcək.
Quru Qoşunlarından 250 xüsusi təyinatlı əsgər heyətin təhlükəsizliyinə cavabdeh olacaq.
Ümumilikdə 1000 nəfərlik Milli Jandarma və təhlükəsizlik əməkdaşları prosesə cəlb ediləcək.
Fransa tərəfinin gördüyü bu fövqəladə tədbirlər matç öncəsi təhlükəsizliyin ən yüksək səviyyədə təmin edilməsi məqsədi daşıyır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)