Azərbaycan Dövlət Uşaq Filarmoniyasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və sərgi keçiriləcək.
Tədbir çərçivəsində Uşaq Filarmoniyasının solistləri, Uşaq Folklor Mahnı və Rəqs Ansamblı, "Sədəf" xalq çalğı alətləri ansamblı, Nağaraçılar ansamblı və "Səda" uşaq xoru çıxış edəcək. Konsert proqramı ilə yanaşı, gənc istedadların yaradıcılığını əks etdirən sərgi də təqdim olunacaq.
Milli qürur və qəhrəmanlıq tariximizin təcəssümü olan Zəfər Gününə həsr edilmiş tədbir noyabrın 6-sı saat 19:00-da Dövlət Uşaq Filarmoniyasının konsert zalında baş tutacaq.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az