Qazaxda 35 yaşlı kişini ildırım vurub

19 Oktyabr 2026 18:48

Qazaxda 35 yaşlı kişini ildırım vurub.

Milli.Az APA-ya istinadən bildirir ki, rayon sakini 1991-ci il təvəllüdlü S. Bağırovu mal-qara otararkən ildırım vurub.

O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)