Azərbaycanın Xalq artisti Zaur Rzayevin son durumu açıqlanıb.
Milli.Az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, onun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Z.Rzayevin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, Xalq artisti sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.
Müğənni evə buraxılsa da, vəziyyəti yenidən pisləşib və xəstəxanaya aparılıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)