Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistana səfərə gəlib.
Milli.Az xəbər verir ki, Aşqabad şəhərinin beynəlxalq hava limanında Leyla Əliyevanı Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva qarşıladı.
Sonra Leyla Əliyevanın Oğulcahan Atabayeva ilə çay masası əsnasında qısa görüşü oldu.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)