Sumqayıtda əməliyyat: “falçı” saxlanıldı

19 Oktyabr 2026 17:34

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub.

Milli.Az xəbər verir ki, Sumqayıt şəhərində polisin keçirdiyi tədbirlərlə həmin əməlləri törədən, dələduzluq cinayətləri ilə bağlı axtarışda olan Emin Əsədov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, E.Əsədov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)