“Barselona”da PSJ ilə oyun öncəsi 4 itki

19 Oktyabr 2026 15:15

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan "Barselona" klubu PSJ ilə keçiriləcək III turun matçı üçün iştirak ərizəsini açıqlayıb.

Milli.Az xəbər verir ki, Kataloniya təmsilçisinin rəsmi saytında yayılan məlumata əsasən, Erik Qarsiya, Jül Kunde, Andreas Kristensen və hücumçu Runi Bardji qarşıdakı görüşdə komandasına kömək edə bilməyəcəklər.

Qeyd edək ki, PSJ ilə "Barselona" arasında qarşılaşma oktyabrın 20-də Parisdəki "Park de Prens" stadionunda baş tutacaq.

Liqa mərhələsinin ilk iki turundan sonra PSJ 6 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik "Barselona" isə ikinci sırada yer alır.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)