Canlı yayım zamanı rahibin başına xaç düşdü, öldü - (Video)

19 Oktyabr 2026 15:05

Ekvadorun Quayakil şəhərində kilsədə keçirilən ibadət zamanı rahibin başına divardan qopan xaç düşüb. Hadisə nəticəsində din xadimi həyatını itirib.

Milli.Az xəbər verir ki, hadisə internet üzərindən canlı yayımlanan dini ayin zamanı baş verib.

Məlumata görə, Katolik Kilsəsinə məxsus Daimi Yardımçı Məryəm Ana kilsəsində keçirilən ibadət zamanı xaç divardan qoparaq rahibin başına düşüb.

Quayakil şəhərinin baş yeparxiyası rahibin vəfat etdiyini təsdiqləyib.

Hadisə anı canlı yayım zamanı lentə alınıb.

Milli.Az