Polşa mətbuatı Transxəzər fiber-optik kabel layihəsindən yazdı

19 Oktyabr 2026 13:28

Polşanın "Nasz Dziennik" portalında Transxəzər fiber-optik kabel layihəsi ilə bağlı məqalə dərc olunub.

Milli.Az xəbər verir ki, oktyabrın 16-da yayımlanan "Transxəzər fiber-optik kabeli Qazaxıstanı Azərbaycanla birləşdirdi" sərlövhəli məqalədə Xəzər dənizinin dibi ilə çəkilən kabel xəttinin istifadəyə verilməsindən bəhs edilib.

Məqalədə qeyd olunub ki, 380 kilometr uzunluğunda olan fiber-optik kabel xətti Qazaxıstanın Aktau limanını Azərbaycanın Sumqayıt şəhəri ilə birləşdirir.

Layihənin həyata keçirilməsi Xəzər dənizi vasitəsilə Azərbaycanla Mərkəzi Asiya arasında rəqəmsal əlaqələrin inkişafı baxımından əhəmiyyət daşıyır.

Məqalənin tam mətni ilə bu linkdən tanış olmaq mümkündür.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)