Madrid klubu Serxio Ramosa "elçi düşdü"

19 Oktyabr 2026 13:30

Madridin "Xetafe" klubu təcrübəli müdafiəçi Serxio Ramosu heyətinə qatmaq niyyətindədir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Madrid təmsilçisinin prezidenti Anhel Torres bu barədə açıqlama verib. Klub rəhbəri ispaniyalı futbolçunun agenti ilə danışıqlar apardıqlarını və Serxio Ramosun transfer üçün nəzərdən keçirilən namizədlər arasında olduğunu bildirib.

Anhel Torres, həmçinin baş məşqçi Xose Bordalasın heyətdə altı mərkəz müdafiəçisinin olmasını nəzərə alaraq, komandanın hücum xəttinin cinahlarını gücləndirməyə daha çox üstünlük verdiyini vurğulayıb.

Qeyd edək ki, 40 yaşlı Serxio Ramosun son klubu 2026-cı ilin yanvarında ayrıldığı Meksikanın "Monterrey" komandası olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)