Avropa İttifaqı Ermənistandan gələn məhsulu qadağan etdi

19 Oktyabr 2026 12:28

Latviya pestisidlərə görə Ermənistanda istehsal olunan yaşıl çayın Aİ-yə idxalını qadağan edib

Bu barədə "News Armenia" nəşri yazır.

Nəşrin məlumatına görə, Latviya qadağan olunmuş "tolfenpirad" pestisidinin aşkarlanması və daha iki pestisidin yol verilən miqdarının icazə verilən normalardan yüksək olması səbəbindən Ermənistandan gətirilən 57,6 kiloqram yaşıl çayın Avropa İttifaqına idxalını qadağan edib.

Latviya Qida və Baytarlıq Xidməti (PVD) bildirib ki, pozuntular laboratoriya analizləri ilə təsdiqlənib.

Çay partiyasının məhv edilməsi və ya Avropa İttifaqının ərazisindən çıxarılması planlaşdırılır.

Xatırladaq ki, Avropa İttifaqı Ermənistana bir sıra kənd təsərrüfatı məhsullarının Birliyə ixracında güzəştlər etmişdi.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)