Zərnəva stansiyasından 3 km şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Milli.Az Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir ki, zəlzələ episentrdə və episentrə yaxın yaşayış məntəqələrində Zərnəva, Tircan, Lahıc, Həftəsov kəndlərində 3 bala qədər hiss olunub.
Zəlzələ 3 bal gücündə, 10 km dərinlikdə, yerli vaxtla 11:35-də qeydə alınıb.
______________
Xəzər dənizində zəlzələ olub.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də 3,5 maqnitudada qeydə alınıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)