Toy mərasimində lentə alınan qeyri-adi görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, gəlin bəyi boynuna taxılan qayışdan tutaraq toy salonuna daxil olub. Cütlüyün fərqli girişi zamanı "Salako" mahnısı səsləndirilib.
Diqqət çəkən məqamlardan biri isə milli geyimdə olan bəyin gəlinin arxasınca getməsi olub. Cütlüyün bu qeyri-adi addımı izləyicilərin marağına səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)