Bakıda azyaşlı düz 2 il burnunda gilas tumu ilə yaşayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə paylaşım edən lor-cərrah Kamil Cəfərov bildirib ki, 2 il burnunda yad cisim olan uşaqda baş ağrıları, təngnəfəslik, gecə narahat yatma və nəfəsalma ilə bağlı ciddi problemlər olub.
Əvvəlcə uşağa yalnız əməliyyat məsləhət görülsə də, tibbi alətlərin köməyi ilə çəyirdək burundan çıxarılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)