Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə

19 Oktyabr 2026 00:39

Elmi araşdırmalar məhsul yığımından sonra tullantıya çevrilən üzüm saplarının yüksək dəyərə malik kimyəvi birləşmələrlə zəngin olduğunu ortaya çıxarıb.

Milli.Az xəbər verir ki, 2021-ci ildə "Acta Scientiarum Polonorum Hortorum Cultus" jurnalında dərc olunan araşdırmada 6 fərqli qırmızı üzüm növü analiz edilib:

"Syrah" üzümünün sapında hər kiloqram quru çəkiyə 61,56 milliqram trans-resveratrol maddəsi aşkar edilib.

Sapların tərkibində yalnız resveratrol deyil, eyni zamanda yüksək dərəcədə katexinlər və müxtəlif polifenollar da müəyyən olunub.

Resveratrol nədir və harada istifadə olunur?
Bitkilərin ətraf mühit stresinə qarşı istehsal etdiyi təbii müdafiə maddəsi olan resveratrol güclü antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir:

Ürək-damar sağlamlığı, qan şəkərinin tənzimlənməsi və hüceyrə qocalmasının qarşısının alınmasında mühüm rol oynayır.

Qida əlavələri, dermokosmetika və dərman sənayesində strateji xammal kimi istifadə olunur və bazarda yüksək qiymətə satılır.

Biotexnologiya mütəxəssisləri bildirirlər ki, tonlarla üzüm sapının toplanaraq ekstraktlara dönüştürülməsi bioiqtisadiyyat modeli yaradır. Bu üsul fermerlərin yalnız meyvə satışından asılı qalmasının qarşısını alaraq onlar üçün əlavə və gəlirli bir mənbə vəd edir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)