Vətəndaş yolda yaranan çuxurla bağlı görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sürücü iddia edir ki, onun səhvi ucbatından olmayan bu hadisəyə görə avtomobilinə ciddi ziyan dəyib.
Yollardakı çalalar və çökmələr təkcə sürücülərin rahat hərəkətinə mane olmur, eyni zamanda qəza riskini də artırır.
Sürücülər deyirlər ki, yaranan nasazlıqların təmiri üçün dəymiş maddi zərəri öz ciblərindən ödəməli olurlar.
Bəs belə halla qarşılan sürücülər nə etməlidir?
Daha ətraflı videomaterialı təqdim edirik.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)