Batut gimnastikası üzrə Dünya kubokunda növbəti qızıl medal - (Foto)

18 Oktyabr 2026 19:50

Almaniyanın Kotbus şəhərində keçirilən batut gimnastikası üzrə Dünya kubokunda Azərbaycan idmançıları növbəti qızıl medal qazanıblar.

Selcan Mahsudova və Maqsud Mahsudov qarışıq sinxron proqramda 51.510 xalla qızıl medalın sahibi olublar.

Bu barədə Milli.Az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)