Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - (Video)

18 Oktyabr 2026 19:38

Türkiyəli müğənni Ebru Gündeş İstanbulda möhtəşəm konsert verib.

Milli.Az xəbər verir ki, sənətçi ifası ilə yanaşı, səhnə geyimləriylə də diqqət çəkib.

Konsert zamanı müğənni suriyalı həmkarı Əsala Nəsrinin hədiyyə etdiyi qızıl kəməri taxıb. Kəmərin qiyməti türk mediasında yayılıb. Hədiyyənin dəyərinin 100 min dollar (təxminən 170 min manat) olduğu bildirilib.

Sözügedən hədiyyə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)