İstanbulda itkin düşən Türkmənistan vətəndaşının meyiti tapıldı

18 Oktyabr 2026 15:30

İstanbulda sel nəticəsində itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb.

Milli.Az xəbər verir ki, Sarıyer rayonunda avtomobili ilə birlikdə sel sularına düşərək itkin düşən Murat Babajanovun meyiti Haliç sahilində aşkarlanıb.

Sel nəticəsində itkin düşən daha 4 nəfərin axtarışları davam etdirilir.