Hindistanda yük maşını ibadət yerinə girdi - Çoxlu sayda ölən var

18 Oktyabr 2026 15:06

Hindistanın Qvalior şəhərində yük maşını zəvvarların olduğu ibadət yerinə çırpılıb.

Millli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Hindistan Tayms" məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində 15 nəfər həlak olub. Daha 27 nəfər xəsarət alıb, beş zəvvar isə xəstəxanaya yerləşdirilib.