"Sabah" və Almaniyanın "Borussiya" (Dortmund) komandası arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyunu üçün təyinatlar açıqlanıb.
Milli.Az xəbər verir ki, Liqa mərhələsinin III turunun matçı İspaniyadan olan hakimlər briqadasına tapşırılıb.
FİFA referisi Havyer Alberola Roxasa həmyerliləri Alfredo Rodriges Moreno və Karlos Alvares Fernandes köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Viktor Qarsiya Verdura yerinə yetirəcək.
VAR-da Sesar Soto Qrado, AVAR-da Valentin Qomes əyləşəcək.
Xatırladaq ki, oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Borussiya" oyunu saat 20:45-də start götürəcək.