İranın yeni müdafiə naziri seçildi

18 Oktyabr 2026 13:42

İran parlamenti Mehrdad Əxlaqinin ölkənin müdafiə naziri vəzifəsinə təyin olunmasını təsdiqləyib.

Bu barədə "Press TV" telekanalı məlumat yayıb.

Bildirilib ki, 237 deputat Əxlaqinin lehinə səs verib.

Onun müdafiə naziri vəzifəsinə namizədliyi oktyabrın 5-də irəli sürülmüşdü. Bunadək həmin vəzifəni müvəqqəti olaraq Məcid ibn əl-Rza icra edirdi.