Nahidə Babaşlı nişanlısı ilə görüntüsünü paylaşdı - (Video)

19 Oktyabr 2026 10:00

Türkiyədə yaşayan müğənni Nahidə Babaşlı sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, ifaçı nişanlısı ilə birgə görüntüsünü izləyiciləri ilə bölüşüb. Paylaşım sosial şəbəkə istifadəçiləri arasında maraq doğurub.

Nahidə Halim Baydud adlı şəxslə 07.07.2027-ci il tarixində ailə həyatı quracağını açıqlamışdı.

Qeyd edək ki, Nahidə Babaşlı "Ay yüzlüm" mahnısı ilə həm Azərbaycanda, həm də Türkiyədə məşhurlaşıb. Müğənni üç il əvvəl Serkan Küçükceylandan boşanıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)