Kürdəmirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə dəmir yol xəttinin Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, Təklə kənd sakini, 1976-cı il təvəllüdlü Vüqar Ağadadaş oğlu Şahverdiyevi qatar vurub.
O, aldığı ağır xəsarətlər nəticəsində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)