Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrındadünya pop musiqisinin əfsanəsi Maykl Ceksonun yaradıcılığınahəsr olunmuş "Maykl Cekson" tribyut konsert keçirilib.
Konsertin açılışında ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon çıxış edərək tamaşaçılarısalamlayıb və Maykl Ceksonun dünya musiqi mədəniyyətindəkiəvəzsiz rolunu vurğulayıb.
Konsert proqramında dünya şöhrətli sənətçinin "Billie Jean", "Beat It", "Thriller", "Heal the World", "Man in the Mirror" vədigər məşhur mahnıları gənc solistlər: İlkin Dövlətov, Fahree, Əlifaiq Mirzəyev, Babək Əfəndi və teatrın solisti Natəvan Həsənovanın ifasında "STB" (Song Theatre Band) pop qrupunun müşayiətilə təqdim olunub.
Konsertdə Maykl Ceksonun zəngin musiqi irsi, özünəməxsus ifatərzi və dünya pop musiqisinə bəxş etdiyi unudulmaz əsərlərtamaşaçılara təqdim edilib. Sənətçinin sevilən mahnılarınınmüasir səhnə təqdimatı onun yaradıcılığının müxtəlif nəsillərüçün aktuallığını bir daha nümayiş
etdirib.
Layihənin əsas məqsədi dünya musiqisinin əfsanəvi irsiniyaşatmaq, Maykl Ceksonun yaradıcılığını yeni nəsillərətanıtmaq və onun sevilən mahnılarını müasir ifa üslubundadinləyicilərə çatdırmaq olub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az