Almaniyada azyaşlı qıza qarşı nalayiq hərəkətlərdə ittiham olunan robot saxlanıldı - (Video)

19 Oktyabr 2026 14:27

Almaniyanın Köln şəhərində polis azyaşlı qıza qarşı nalayiq hərəkətlər etdiyi iddia edilən robotla bağlı araşdırmaya başlayıb.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Köln polisi bildirib ki, qırmızı və qızılı rəngli robot azyaşlı qıza qarşı uyğun olmayan davranışlar nümayiş etdirib.

Hadisədən sonra polis robotu avtomobilin baqajında gizlədilmiş vəziyyətdə aşkarlayıb. Almaniya hüquq-mühafizə orqanları robotu, eləcə də şübhəlilərə məxsus olduğu ehtimal edilən iki mobil telefonu müsadirə edib.

Hazırda hadisə zamanı robotu kimin idarə etdiyi araşdırılır. İstintaq çərçivəsində robotun sahibi olduğu ehtimal edilən şəxslərin hadisədəki mümkün rolu da dəqiqləşdirilir.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)