Ceymi Karrager: "Arda Güləri Vinisius Juniora görə qurban vermək olmaz"

19 Oktyabr 2026 09:30

İngiltərə futbolunun tanınmış simalarından olan Ceymi Karrager "Real Madrid"in yarımmüdafiəçisi Arda Gülərin heyətdəki mövqeyi ilə bağlı fikirlərini bölüşüb. Keçmiş futbolçu türkiyəli oyunçunun Vinisius Juniorun zəif çıxışlarına görə ehtiyatda saxlanılmasını düzgün hesab etməyib.

Milli.Az-ın məlumatına görə, Karrager bildirib ki, Arda Güləri Vinisius Juniorun komandada yerini qoruması naminə daim qurban vermək olmaz. Onun fikrincə, Yan Diomande yaxşı çıxış edibsə və onu mərkəzə çəkmək lazımdırsa, Vinisius Junior cinaha keçirilməlidir.

"Arda Güləri Vinisius Junioru komandada saxlamaq üçün daim qurban verə bilməzsiniz. Yan Diomande yaxşı idi və əgər onu mərkəzə çəkmək lazımdırsa, o zaman Vinini cinaha keçirin.

Müəyyən məqamda futbolçunun nüfuzu kimin meydanda qalacağına qərar verməməlidir. Arda Vinisiusun formasızlığının bədəlini ödəyən futbolçu olmamalıdır", - deyə Karrager vurğulayıb.

Keçmiş futbolçunun fikirləri "Real Madrid"də Arda Gülərin oyun vaxtı və heyətdəki rolu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)