"Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı

18 Oktyabr 2026 00:21

"Qarabağ" - "Neftçi" futbol oyunu ilə bağlı 19 azarkeş saxlanılıb.

Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxslər oyundan əvvəl və sonra insident törətməyə cəhd göstərdiklərinə görə polis tərəfindən müəyyən edilərək saxlanılıblar.

Onlar barəsində aidiyyəti polis orqanında qanunamüvafiq tədbirlər görülür.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)