Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın

18 Oktyabr 2026 07:07

Böyük zəhmətlə hazırlanan və ya alınan tomatların açıldıqdan bir müddət sonra kiflənməsi həm qida israfına, həm də sağlamlıq üçün təhlükəyə yol açır. Lakin tətbiq ediləcək sadə bir təbii üsulla kifin qarşısını tamamilə almaq mümkündür.

Milli.Az xəbər verir ki, tomatın ömrünü uzadan və kiflənməni dayandıran ən təsirli üsul bankanın içinə 2 ədəd quru mixək atmaqdır:

Mixəyin tərkibindəki "ejenol" maddəsi təbii antibakterial və anti-göbələk təsiri göstərir.

Tomat bankasının içinə qoyulan 2 ədəd mixək mikroorqanizmlərin fəaliyyətini tormozlayır və kif sporlarının yaranmasının qarşısını alır.

Bu üsul tomatın dadını və ya qoxusunu pozmadan onu uzun müddət təravətli saxlayır.

Qida təhlükəsizliyi mütəxəssisləri xəbərdarlıq edir ki, səthdəki kifi qaşıqla götürüb qalan tomatı istifadə etmək çox təhlükəlidir:

Tomat kimi sulu qidalarda kif təkcə üzdə görünsə də, onun istehsal etdiyi "mikotoksin" adlı zəhərli maddələr bankanın dibinə qədər yayılır.

Səthdəki kifi kənarlaşdırmaq qidanı təhlükəsiz etmir, buna görə də kifi yarandığı an yox, hələ yaranmadan önləmək vacibdir.

Tomatı təzə saxlamağın digər qızıl qaydaları:
Zeytun yağı əlavə edin: Tomatın üzərinə bir barmaq qalınlığında zeytun yağı tökmək onun hava ilə təmasımı kəsir.

Nəm qaşıq vurmayın: Bankaya qətiyyən yaş, yeməkli və ya istifadə olunmuş qaşıq salmayın.

Qaya duzu istifadə edin: Tomata bir qədər qaya duzu əlavə edib qarışdırmaq qoruyucu effekti artırır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)