Yara və zədə üçün ən yaxşı dezinfeksiya...
28 Avqust 2012 21:17
Yod - dezinfeksiya edir, qurudur, iltihabı zəiflədir, qan dövranını yaxşılaşdırır.
İstifadəsi: yodu yaranın kənarına sürtmək lazımdır - yaraya tökülərsə, yanığa səbəb ola bilər. Zədədə, əzilmədə və dartılmada yod xətləri çəkmək olar.
Miramistin - güclü antiseptik vasitədir. Yalnız məişətdə deyil, cərrahi əməliyyatlar zamanı da yaranı dezinfeksiya etmək üçün istifadə edilir.
İstifadəsi: yara miramistin damcıları ilə yuyulur və yaxud yaraya miramistinli məhlulla isladılmış mələfə sarğı qoyulur.
Perkis (hidrogenli) - qan axınını dayandırır, dezinfeksiya edir.
İstifadəsi: birbaşa yaraya tökülür. Yara perkislə təmizləndikdən sonra üstünə mələfədən sarğı qoyulur.
"Zelyonka" - bizim həkimlər dezinfeksiya vasitəsi kimi onu önəmli saysalar da, MDB ölkələrindən savayı heç yerdə ondan istifadə edilmir. Qərbdə hesab edilir ki, bu məhlul kanserogen effektə malikdir. Lakin bu iddia hələlik sübut edilməyib.
İstifadəsi: Yaranın kənarlarına, iltihab yerinə sürtülür.
"Ekspress" qəzeti