Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir

18 Oktyabr 2026 01:01

Soyuq havalarda xəstəliklərdən qorunmaq, oynaqlardakı ağrılara son qoymaq və immuniteti gücləndirmək istəyənlər üçün təbii kolagen deposu tapıldı. Mütəxəssislər yüksək xolesterin və ağır qoxusuna görə kəllə-paça yeyə bilməyənlərə onu əvəz edən daha faydalı bir alternatif təklif edirlər: İlikli sümük suyu şorbası.

Milli.Az xəbər verir ki, az xodda uzun müddət bişirilən sümük iliyi tərkibindəki bütün kolagen, jelatin və aminturşuları suya ötürür. Bu, oynaq ağrılarını azaldır, qığırdaq toxumasını bərpa edir və dərini cavanlaşdırır.

Mədəni yormur, həzmi kəllə-paçadan qat-qat asandır. Tərkibindəki qlutamin maddəsi bağırsaq florasını qoruyur və həzm problemlərinin qarşısını alır.

Bədəndəki iltihabı azaldır və tənəffüs yolu infeksiyalarına karşı güclü müqavimət yaradır.

Günə cəmi 1 çömçə bəs edir
İçərisinə sarımsaq, limon və bir az istiot əlavə edildikdə təbii antibiotikə çevrilən bu şorbanın günə 1 çömçəsi bədənin gündəlik kolagen və mineral ehtiyacını ödəyir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)