Can Bonomoya ağır itki - (Foto)

17 Oktyabr 2026 23:02

Türkiyəli müğənni Can Bonomoya ağır itki üz verib.

Milli.Az xəbər verir ki, ifaçının atası Yaşar Bonomo dünyasını dəyişib. Bu barədə Can özü sosial şəbəkədə paylaşım edib:

"Bu gün əziz atamı, ən yaxın dostum Yaşar Bonomo ilə vidalaşdıq. Bu günə qədər onun haqqında çox yazmışam, bundan sonra da yazacağam. Zərif ruhlu, uşaq qəlbli, mərd atam mənim. Sənin oğlun olmaq, səninlə birlikdə böyümək mənim üçün şərəf idi. Yolun daim açıq olsun...".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)