Naftalanda iki avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin mərkəzi küçələrindən birində qeydə alınıb.
Qəza zamanı 1959-cu il təvəllüdlü M. Bayramova və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)