Timati nişanlısına 40 milyonluq avtomobil bağışladı - (Video)

17 Oktyabr 2026 21:52

Rusiyalı reper Timati özündən 20 yaş kiçik sevgilisi, model Valentina İvanovaya 33-cü doğum günü münasibətilə bahalı hədiyyə alıb.

Milli.Az xəbər verir ki, reper kiçik qızının anasına eksklüziv zavod istehsalı olan tünd qırmızı rəngli "Mercedes-AMG G 63" ("Gelendvagen") avtomobili bağışlayıb. Maşının qiyməti 40 milyon rubl (təxminən 818 min manat) təşkil edir.

Valentina hədiyyəsini sosial şəbəkədə paylaşaraq "Oğlan sənə tünd qırmızı rəngli "iPhone 18", kişi isə avtomobil hədiyyə edər" deyə, yazıb.

Qeyd edək ki, bu, Timatinin Valentinaya aldığı üçüncü avtomobildir. O, 2023-cü ildə modelə "Porsche" markalı avtomobil bağışlayıb. Reper 2024-cü ildə 8 Mart münasibətilə ona təxminən 30 milyon rubl dəyərində "Mercedes-Benz G-Class" hədiyyə edib. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)