Bekhem FİFA prezidenti ola bilər

17 Oktyabr 2026 17:20

İngiltərə millisinin keçmiş yarımmüdafiəçisi Devid Bekhem Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidentliyinə namizəd ola bilər.

Milli.Az xəbər verir ki, keçmiş futbolçu həm qlobal ulduz, həm də təcrübəli rəsmi şəxs kimi nəzərdən keçirilir və onun namizədliyi Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) tərəfindən dəstəklənir.

Bekhem ərizəsini 18 noyabr tarixinə qədər təqdim etməlidir.