"Gəncə" basketbol klubu baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb.
Klubdan Milli.Az-a verilən məlumata görə, FIBA Avropa Kubokundakı uğursuz nəticələrdən sonra "Gəncə" rəhbərliyi ilə mütəxəssis arasında görüş keçirilib. Komandanın çıxışı müzakirə olunub.
Qarşılıqlı razılıq əsasında baş məşqçinin müqaviləsinə xitam verilib.