Misir Prezidenti istefa verəcəyini elan edib

17 Oktyabr 2026 15:10

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi 2030-cu ildə prezidentlik müddəti başa çatdıqdan sonra vəzifəsindən ayrılmaq niyyətində olduğunu bildirib.

Bu barədə "Dubai Eye" nəşri məlumat yayıb.

Misir lideri bu barədə hərbi akademiyada çıxışı zamanı danışıb.

"Qarşıdakı dövr - mən 2030-cu ili nəzərdə tuturam - prezidentlik müddətimin başa çatması ilə yekunlaşacaq. Bu məsələ qəti şəkildə həll olunub və müzakirə mövzusu deyil", - deyə Əs-Sisi bildirib.

Qeyd edək ki, Əbdülfəttah Əs-Sisi 1954-cü ildə Qahirədə anadan olub və uzun illər Misir ordusunda xidmət edib. O, 2013-cü ildə prezident Məhəmməd Mursinin hakimiyyətdən uzaqlaşdırılmasından sonra ölkədə əsas siyasi fiqurlardan birinə çevrilib və 2014-cü ilin iyununda prezident kimi and içərək vəzifəsinin icrasına başlayıb.