Yəmənin cənub-qərbində yerləşən üçüncü ən böyük şəhəri - Taiz husilər tərəfindən mühasirəyə alınıb.
Bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Bildirilib ki, üsyançılar Yəmənin sahilyanı ərazilərini ölkənin cənubunun digər hissələri ilə birləşdirən Taiz şəhərini mühasirəyə alıblar. Şəhərə çıxışın əldə edilməsi beynəlxalq səviyyədə tanınan hökumətin yerləşdiyi Ədən şəhərinə doğru irəliləmək üçün yol açır.
Yerli sakinlərin bildirdiyinə görə, döyüş əməliyyatları o qədər qəfil başlayıb ki, onlar təhlükəsiz ərazilərə təxliyə olunmağa imkan tapmayıblar. Nəticədə şəhərə gedən əsas giriş yolları bağlanıb, ərzaq, dərman və yanacağın qiymətləri isə kəskin artıb.
Ətraflı
Yəməndə vəziyyət iyul ayında hökumətyönlü qüvvələrin Səna hava limanına zərbə endirməsindən sonra gərginləşib. Həmin vaxt husilərin rəhbərliyinin nümayəndə heyətini daşıyan İrandan gələn təyyarə hava limanına enirdi.
Husilərin "Ənsar Allah" hərəkatı baş verənlərə görə Səudiyyə Ərəbistanını ittiham edib və onun nəzarətində olan ərazilərin ətrafındakı blokada aradan qaldırılanadək Səudiyyə Ərəbistanına qarşı müharibə elan edib. Husilər Qırmızı dənizin bütün qərb sahillərini və Babül-Məndəb boğazının yaxınlığındakı şəhərləri ələ keçiriblər.
Xatırladaq ki, Yəməndə 2014-cü ildən hərbi əməliyyatlar aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)