Sabiq futbolçu müharibədə həlak oldu

17 Oktyabr 2026 13:28

Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Roman Maksimyuk Rusiya ilə müharibədə həlak olub.

Milli.Az xəbər verir ki, bu  barədə Ukrayna mətbuatı yazıb. 

Məlumata görə, uzun müddət itkin düşmüş hesab edilən Romanın ölümü DNT ekspertizasının nəticələri əsasında təsdiqlənib. O, 2022-ci ilin payızında könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə qoşulub.

Xatırladaq ki, Roman Maksimyuk futbolçu karyerası ərzində "Prikarpatiye", Kiyev "Dinamo"su, "Dnepr", "Volın" və "Çernomorets" kimi klublarda çıxış edib.