Aşpazların illərdir gizli saxladığı son dərəcə pratik üsul sayəsində xəmirə dönmüş plovu bir neçə dəqiqəyə dən-dən etmək mümkündür.
Milli.Az xəbər verir ki, plovun xəmirə dönməsinin əsas səbəbi düyü dənələrinin öz həcmindən artıq su udması və qazanın içində yığılan buxarın kənara çıxa bilməməsidir.
Plovun lapa alındığını gördüyünüz an qazanın qapağını açın və düyünün üzərinə 2 dilim bayat çörək yerləşdirin.
Qapağı yenidən bərk bağlayıb təxminən 10-12 dəqiqə dəm almağa qoyun.
Bu müddətdə çörək qazandakı bütün artıq buxarı və nəmi süngər kimi özünə çəkərək xəmirləşmənin qarşısını alır.
Vaxt bitdikdə nəmi hopdurmuş çörək dilimlərini götürün və düyünü çəngəllə zərifcə havalandırın. Düyü dənələrinin tək-tək ayrıldığının şahidi olacaqsınız.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)