“Sizin əlinizdən qaçmaq üçün xaricə getmək istəyirəm” - Samir Abasov - (Video)

16 Oktyabr 2026 20:39

"Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov maraqlı açıqlamaları ilə diqqət çəkib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, "11 Adam" podkastına Azərbaycan çempionatının bugünkü səviyyəsindən danışıb.

S.Abasov hazırkı liqanın əvvəlkilərdən daha zəif olduğunu bildirib: "Hazırkı çempionat öncəkilərdən daha zəifdir. Çünki komandaların arasında uçurum var. Yəni futbolçuların səviyyəsi çox fərq yaradır".

Təcrübəli məşqçi həmçinin ölkə xaricinə getmək istədiyini bildirib. O, jurnalistərdən qaçmaq istədiyini deyib: "Xaricə getmək mənə uyğundur. Çünki jurnalistlərin əlindən rahat olacağam". 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)