Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

16 Oktyabr 2026 18:27

Bakı-Quba ödənişli avtomobil yolunda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı özüqaldıran yük avtomobili idarəetməni itirərək aşıb və 1 nəfərin meyiti avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə 1995-ci il təvəllüdlü Qasimov Turqay Əhməd oğlunun meyitini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)