Ramiz Mehdiyev YAP-dan çıxarıldı - Yenilənib

16 Oktyabr 2026 18:13

Yeni Azərbaycan Partiyası Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum olunmasını təklif edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İdarə Heyətinin bu gün keçirilən iclasında partiya adından belə bir təşəbbüslə çıxış edilib.

------------

Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin VIII qurultaydan sonra ilk iclası keçirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin adı yeni tərkibi formalaşdırılan Veteranlar Şurasında yer almayıb.

Yekunda isə Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasından çıxarılması ilə bağlı qərar qəbul edilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)