Fikir çəkmə, telefona çək!
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Münsiflər Heyəti artıq öz işini başa çatdırıb.
Bu barədə festivalının təsisçisi və direktoru, aktyor Ruslan Sabirli məlumat verib:
"Artıq həm beynəlxalq, həm də yerli müsabiqələr üzrə Münsiflər Heyətisəsverməni başa çatdırıb. Təşkilat Komitəsi səsvermənin nəticəsi əsasında qalibləri müəyyən edəcək. Hər zaman olduğu kimi bu il dəfestivalın nəticələrinin obyektivliyinin qorumaq məqsədilə münsiflərin adını yalnız səsvermədən sonra açıqlayırıq. Həmçinin, Münsiflər Heyəti səsverməni birlikdə toplaşaraq deyil, ayrı-ayrılıqda, yəni, bir-birlərindən xəbərsiz onlayn qaydada səs verməklə həyata keçiriblər ki, bu da nəticələrin daha da obyektiv olmasını təmin edib. Münsiflər Heyətinin tərkibi ilə artıq festivalın saytında tanış olmaq mümkündür".
Münisflər Heyətinin tərkibi:
Xatırladaq ki, festivalda beynəlxalq və yerli nominasiyalar mövcuddur:
SBRLY tərəfindən keçirilən "Fikir çəkmə - telefona çək" (Don't moan - shoot on phone!) sloqanlı CINEMO Beynəlxalq Mobil Film Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə keçirilir.İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az и Azernews.az
Festivalda iştirak şərtləri, filmlərə tələblər, mükafat fondu və s. barədə ətraflı məlumatı festivalın internet səhifəsindən almaq olar: www.cinemoff.com
Yaranmış bütün suallarla bağlı festivalın email ünvanına və sosial şəbəkə hesabları üzərindən müraciət etmək mümkündür:
Email: [email protected]
Facebook: https://www.facebook.com/cinemoff
Instagram: https://www.instagram.com/cinemoff/