Gülnarə Xəlilovanın kolleksiyası Ankarada TÜRKSOY vəTürkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yüksək qiymətləndirilib - (Foto)

16 Oktyabr 2026 16:15

Ankaranın Estergon Mədəniyyət Mərkəzində Türk dünyasınınIX Qadın və Etnik Moda Həftəsi çərçivəsində Gülnarə Xəlilovanın Azərbaycanın milli irsini təbliğ edən kolleksiyasınınnümayişi keçirilib. 

Ənənəvi Azərbaycan ornamentləri, milli geyim elementləri və mədəni irs nümunələrinin müasirinterpretasiyada təqdimatı qonaqların böyük marağına səbəbolub. Dəfilə əsrlər boyu müxtəlif mədəniyyətləri birləşdirəntarixi İpək Yolunun irsindən ilhamlanan "İpək Yolunda TÜRKSOY etnik geyim nümayişi" adlı tədbir çərçivəsindətəqdim olunub.

"Dəfilədə ondan çox ölkədən olan dizaynerlərin işləri nümayişetdirilib. Proqram türk xalqlarının mənəvi birliyi və qardaşlığıideyası üzərində qurulub. 

Kolleksiyalarda müxtəlif bölgələrə xasrənglər, ornamentlər, toxuculuq ənənələri və mədəni elementləröz əksini tapıb. Etno-moda üslubunda yenidən şərh ediləndizaynlar türk dünyasının müxtəlif guşələrinin mədənizənginliyini və geyim ənənələrini vahid səhnədə bir arayagətirib", - deyə dizayner bildirib.

Gülnarə Xəlilova TÜRKSOY, Türkiyə RespublikasınınMədəniyyət və Turizm Nazirliyi və TİKA (Türk Əməkdaşlıq vəKoordinasiya Agentliyi) tərəfindən təşəkkürnamələrlə təltifolunub.

Gülnarə Xəlilova - Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etno-Dizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıqüzrə fəlsəfə doktoru və "Cizgi" brendinin sahibidir. 

Onun kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya, Türkmənistan, ŞimaliKipr Türk Respublikası və digər ölkələrdə keçirilən modahəftələri və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.