İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

16 Oktyabr 2026 15:00

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən daha birinin cəsədi Sarıyer rayonunun Ayazağa bölgəsindəki körpünün altında aşkarlanıb.

Bununla da, təbii fəlakət qurbanlarının sayı dörd nəfərə yüksəlib. Hazırda qalan üç itkin düşmüş şəxsin axtarışları davam etdirilir. 

Qeyd edək ki, Türkiyənin bir sıra şəhərlərində bir neçə gündür davam edən fasiləsiz yağışlar ciddi fəsadlara səbəb olub.

Milli.Az