Türk musiqisinin divası Bülent Ersoy bu dəfə özü gözlənilməz anlarla qarşılaşıb.
Milli.Az xəbər verir ki, 74 yaşlı sənətçi qonaq olduğu proqramda özlərini istedadlı hesab edən iştirakçıların performansları qarşısında təəccübünü gizlədə bilməyib.
İştirakçıların çıxışları zamanı yaşanan maraqlı anlar studiyada gülüşə səbəb olub. Bülent Ersoyun ifalara verdiyi reaksiya isə diqqət çəkib.
Sənətçinin təəccüb dolu davranışları və mimikaları proqramın ən çox müzakirə olunan məqamlarından birinə çevrilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)